Polis sənədləri olmayan silahlar aşkarladı


12:00     02 Dekabr 2019 silah.PNG

Şəmkirdə və İmişlidə qanunsuz silahlar aşkarlanıb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahmudlu kənd sakini M.Şahverdiyevdən “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Bundan başqa, nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən İmişli şəhər sakini Y.Rüstəmovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “İJ-58” markalı tüfəng və 20 ədəd patron aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər: #DİN   #Cinayət   #Kriminal   #Xronika  

Oxunub: 544