İşə düzəltmək adı ilə dələduzluq edən şəxsə cinayət işi açıldı


12:12     02 Dekabr 2019 hebs_58.jpg

İnsanları aldadaraq pullarını mənimsəyən Saatlı sakini saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, 2018-ci ilin dekabr ayında Saatlı rayon sakini B.Qədirovun işə düzəltmək adı ilə 6 nəfəri aldadaraq onlardan ümumilikdə 10.850 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Qədirov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 732