İşə düzəltmək adı ilə dələduzluq edən şəxsə cinayət işi açıldı
12:12 02 Dekabr 2019
İnsanları aldadaraq pullarını mənimsəyən Saatlı sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, 2018-ci ilin dekabr ayında Saatlı rayon sakini B.Qədirovun işə düzəltmək adı ilə 6 nəfəri aldadaraq onlardan ümumilikdə 10.850 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Qədirov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Femida.az
Oxunub: 731
Oxşar xəbərlər
- İşədüzəltmə vasitəçilərinin reyestri hazırlanır
- İşə qəbul zamanı bu tələb aradan qaldırıldı - QANUN
- İşə qəbul zamanı bu sənəd tələb edilməyəcək
- İşəgötürənlər işçilərinin icbari tibbi sığortalanmasını təmin edəcək
- İşə qəbul imtahanları davam edir
- İşə qəbul imtahanının vaxtı dəyişdirildi
- İşədüzəltmədə vasitəçilik edən hüquqi şəxslərin vahid reyestri yaradılacaq
- İşə düzəltmək adı ilə vətəndaşları aldadan qadın saxlanıldı
- İşəgötürənlərin vəzifələri artırılıb
- İşəgötürənlərin peşə təhsilinə cəlbini stimullaşdırmaq üçün yeni qaydalar layihəsi hazırlanıb