Tovuz və Şəmkir polisləri birgə əməliyyat keçirdi


12:37     02 Dekabr 2019 2018/02/polis_yeni_1518511611.jpg

Tovuz və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayonu ərazisindəki 2 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş B.Sadıqov Şəmkir rayonu ərazisində saxlanılıb.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Şəmkir rayonu ərazisindəki 4 evdən pul və qızıl-zinət əşyaları, 1 mağazadan tütün məmulatı, habelə Gəncə şəhər sakini F.Torkiyevlə birgə daha 1 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Görülmüş tədbirlərlə F.Torkiyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Femida.az

Açar sözlər: #Polis   #Tovuz  

Oxunub: 541