Suriya türkmənlərinin məsələsi BMT-də - TÜRKİYƏDƏN ETİRAZ


17:50     23 Noyabr 2015 a55723f64677a2ec41e35bd6760fcef5%20(1).jpg


Türkiyə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına müraciət edərək təcili olaraq Rusiya hava-kosmik qüvvələrinin zərbələrinə məruz qalan Suriyanın şimalında Bayır Bucaq rayonunda yaşayan türkmənlərin məsələsinə baxmağa çağırıb.


Femida.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.15 gündür Bayır Bucaq bölgəsinə hücum edən Rusiya, Əsəd və İran qüvvələri türkmənlərin yaşadığı bölgədə nəzarəti ələ keçirib və 25 min türkmən qətliam təhlükəsi ilə üz-üzə qalıb.

Türkmən dağında döyüşən Suriya ordusunun heyəti İraq, İran, Livan (Lübnan) və Əfqanıstandan ölkəyə gətirilən muzdlu şiə döyüşçüləridir. Rusiyanın da dəstək verdiyi hücumlarda 2013-cü ildə Türkiyənin Reyhanlı qəsəbəsində terror aktı törədərək 52 şəxsin ölümünə səbəb olan "Mukaveme-i Suri (Acilciler)" adlı terror təşkilatı da iştirak edir. Şiə polislərin sursatını SEPAH-ın (İran) Qüds Gücü təmin edir. Bu qrupun başında iranlı general Qasım Süleymani dayanır.

Qeyd edək ki, Bayır Bucaq bölgəsi tarixi türkmən torpaqlarıdır. Yerli türkmənlər Suriyada baş verən inqilabdan sonra Əsədə qarşı müxalifətə keçib. Bölgədə İraq və Şam İslam Dövləti (İŞİD) terrorçuları yoxdur. Türkmən dağının ətrafında İŞİD-in nəzarətində olan kəndlər isə Amerika Birləşmiş Ştatları (ABŞ) və Türkiyə hərbi hava qüvvələrinin dəstəyi ilə türkmən gücləri tərəfindən azad olunub.

Rusiya 30 sentyabrdan Bəşər Əsədin çağırışı ilə Suriyada İŞİD və "Ən-Nusra” terror qruplaşmalarına zərbələr endirməyə başlayıb.

Açar sözlər:

Oxunub: 1323