Qaçırdığı maşınla birgə saxlanıldı


13:25     02 Dekabr 2019 terror%20hebs.jpg

Şəki ŞRPŞ-yə müraciət edən Aşağı Göynük kənd sakini Ş.Hümmətov noyabrın 30-da kənd ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini V.Mustafabəyli həmin gün avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 617