Siyəzəndə narkotik satan şəxs saxlanılıb
15:18 02 Dekabr 2019

Daxili işlər orqanları tərəfindən narkotik maddələrin dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 31 yaşlı Sabir Məhərrəmov saxlanılıb. Saxlanılan zaman onun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan satış üçün hazırlanmış 11 ədəd siqaret bükümlərində narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
S.Məhərrəmov dindirilmə zamanı narkotik maddələrin ona məxsus olduğunu və rayon ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 205
Oxşar xəbərlər
- Siyəzəndə tikili yanıb
- Siyəzəndə “Range Rover” aşdı, ölən var
- Siyəzəndə üç övladı ilə yoxa çıxan qadın Bakıda tapıldı (FOTO)
- Siyəzəndə qadın 3 övladı ilə birlikdə itkin düşüb
- Siyəzəndə avtomobil qəzası baş verib, azyaşlı xəsarət alıb
- Siyəzəndə “Mercedes" yanıb
- Siyəzəndə ağır qəza, ölən və yaralanan var
- Siyəzəndə 11 yaşlı oğlan çayda boğulub
- Siyəzəndə mağazalardan oğurluq edən şəxs saxlanılıb - FOTO
- Siyəzəndə yük və minik avtomobilləri toqquşdu