Vətəndaşlara sosial müavinət düzəltmək adı ilə aldadan şəxs saxlanıldı


14:50     02 Dekabr 2019 hebs5.jpg


Bakıda vətəndaşlara sosial müavinət düzəltmək adı ilə dələduzluq edən şəxs saxlanılıb.

Femida.az xəbər verir ki, cari ilin martında Bakı şəhər sakini M.Məmmədovun sosial müavinət düzəldəcəyi adı ilə 6 nəfəri aldadaraq onlardan ümumilikdə 19.800 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.

Femida.az

Açar sözlər: #cinayət   #sosial   #polis   #dələduz  

Oxunub: 736