31 yaşlı qadının ölümünə görə cinayət işi açıldı


15:31     02 Dekabr 2019 xestexana_012541.jpg

Ağdam rayonunda ölümlə nəticələnən hadisə baş verib.

Femida.az xəbər verir ki, ötən gün Bərdə rayon sakini, 1988-ci il təvəllüdlü Şəfəq Puçaxovanı Ağdam rayonu Alıbəyli kəndində yerləşən, Eldəniz Paşazadəyə məxsus fermada inəkləri sağarkən süd sağan cihazın elektrik keçirməsi nəticəsində cərəyan vuraraq öldürüb.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 254