Mingəçevir polisi “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirdi
16:03 02 Dekabr 2019

Mingəçevirdə hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblilərlə görüşüb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə, şəhər 10 saylı orta məktəbdə “ Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə şəhər Polis Şöbəsinin, Prokurorluğunun, Təhsil Şöbəsinin əməkdaşları, Narkoloji Dispanserin həkimi, eləcə də məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak edib.
Tədbirdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Hikmət Qasımov bəşəriyyətin ən böyük bəlalarından biri olan narkomaniyaya qarşı birgə mübarizənin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Şöbə rəisi qeyd edib ki, gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniya və digər neqativ halların qarşısının alınması məqsədilə keçirilən belə maarifləndirici tədbirlərin böyük rolu var. H.Qasımov ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi tədbirlərin həyata keçirildiyini məktəblilərin diqqətinə çatdırıb.
Şəhər prokuroru Elmar Camalov da mövzu barəsində şagirdlərə geniş məlumat verib, onları zərərli vərdişlərdən uzaq durmağa, faydalı işlərlə məşğul olmağa çağırıb. O, narkomaniya və onun törətdiyi fəsadlardan, narkotik vasitələrin insan həyatı və onun sağlamlığı üçün ən ağır bəla olduğundan, eyni zamanda bu bəlaya aludə olanların qarşılaşdıqları problemlərdən geniş bəhs edib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Femida.az
Oxunub: 206
Oxşar xəbərlər
- Polis adı ilə dələduzluq edən şəxs saxlanıldı
- Polis Cəlilabadda xüsusi əməliyyat keçirdi
- Polisə silahlı müqavimət göstərən şəxslərə cinayət işi açıldı
- Saatlı polisi məktəblilərlə görüşdü
- Yol hərəkətinin təhlükəsizliyinə dair təlim keçirildi - Foto
- Bakıda qadına qarşı iyrənc əməl - Polis iki şəxsi saxladı
- Polisdən uğurlu əməliyyat: Adam öldürməyə cəhd edib qaçan şəxs saxlanıldı
- DİN Nizami küçəsində baş verən hadisə ilə bağlı məlumat yayıb - VİDEO
- Gömrük əməkdaşları uğurlu əməliyyat keçirib
- Bakının mərkəzində vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları məlum olub