Bakıda ikimərtəbəli ev yanıb


16:05     02 Dekabr 2019 19_12_02_1575288362.jpg

Bakıda yanğın hadisəsi baş verib.



Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Qaradağ rayonunda ümumi sahəsi 390 m² olan 2 mərtəbəli evin dam örtüyünün taxta atmaları 195 m² sahədə, 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 28 m² sahədə yanıb.

Yüksək temperaturdan evin mətbəxinin lambirindən ibarət tavanı 16 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 449