Oğurluq əşyanı alan şəxs məsuliyyət daşıyırmı?
18:11 02 Dekabr 2019

Azərbaycanda vətəndaşlar telefon, televizor, kompüter və digər əşyaları internet səhifələri vasitəsilə tanımadığı şəxslərdən də alırlar. Bəzi hallarda vətəndaş aldığı əşyaya görə, polis şöbəsinə çağırılır və məlum olur ki, alınan əşya oğurluqdur. Belə olan halda alıcı hər hansı məsuliyyət daşıyırmı?
Məsələ ilə bağlı vəkil Feyzi Mehdiyev cavablandırıb.
Onun sözlərinə görə, alıcı aldığı əşyanın oğurluq olduğu barədə məlumatlı deyilsə, heç bir məsuliyyət daşımır: "Məsələn, deyək ki, alıcı işlənmiş telefon alır. Bunu alanda ən azından satıcıdan bununla bağlı dəqiqləşdirmə aparılması üçün sual verməlidir. Vaxtında bu məsələ araşdırılsa, vətəndaşlar belə problemlə qarşılaşmazlar ".
Vəkil qeyd edib ki, bəzi hallarda alıcı də məsuliyyətə cəlb edilə bilər: "Əgər həmin şəxsin satılan əşyanın oğurluq olduğu barədə məlumatı varsa və onu yenə də alırsa, bu vəziyyətdə cinayət məsuliyyəti daşıyır".(e-huquq.az)
Oxunub: 355
Oxşar xəbərlər
- Oğurluq edən şəxslər saxlanıldı
- Oğurluq edən qadın saxlanıldı
- Oğurluq edən keçmiş məhkum tutulub
- Oğurluq edən qadın saxlanıldı
- Oğurluq edən yeniyetmələr saxlanılıb
- Oğurluq edən qadın iş başında tutuldu
- Oğurluq edib ölkədən qaçan şəxs Rusiyada saxlanıldı
- Oğurluq edən şəxslər tutulub
- Oğurluq edən yeniyetmələr saxlanılıb
- Oğurluqda şübhəli bilinən Ucar rayon sakini saxlanıldı