Vətəndaşın halı pisləşdi - Polis kömək etdi


16:34     02 Dekabr 2019 2019/12/78144316_2403867216497244_6027899188761591808_o_1575290220.jpg

Polis halı pisləşən sakinə kömək etdi

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, noyabrın 29-da səhər saatlarında Gədəbəy rayon ərazisində xidmət aparan Gədəbəy RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları bir nəfər sakinin huşunu itirərək yol kənaranına yıxılmasını görüblər.

Polis əməkdaşları dərhal sakinə ilkin tibbi yardım göstərdikdən sonra onu rayon mərkəzi xəstəxanasına aparıblar. Xəstəxanada məlum olub ki, rayon sakini Tural Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkir. Müəyyən tibbi köməklik göstərildikdən sonra evə buraxılan T. Əsgərov göstərilən köməkliyə görə polis əməkdaşlarına öz təşəkkürünü bildirib.



Femida.az

Açar sözlər: #polis  

Oxunub: 199