Yeni ildə bir həftə iş olmayacaq - Qərar
21:02 02 Dekabr 2019
Nazirlər Kabineti “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” qərar verib.
Femida.az-ın məlumatına görə, qərara əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1, 2 yanvar Yeni il bayramıdır. Gələn il 4, 5 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, ölkədə 31 dekabr 2019-cu il - 6 yanvar 2020-ci il tarixlərində 1 həftə iş olmayacaq.
Femida.az
Oxunub: 480
Oxşar xəbərlər
- Yeni səhiyyə naziri Teymur Musayev kimdir? - Dosye
- Yeni ildən 2 milyondan çox insanın sosial ödənişlərı artacaq
- Yeni ştamm “narahatlıq doğuran variant” kateqoriyasına aid edilib
- Yeni ildə neçə gün tətil olacaq?
- Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası başlayıb
- Yeniyetmə kanalda boğuldu
- Yeni sayğaclarda balansı internet üzərindən artırmaq mümkün olacaq
- Yeni Vergi Məcəlləsinin qəbulu təklif olunur
- Yeni Türkiyə səfirindən ilk açıqlama
- Yenidən qurulan "Şərq bazarı"nda işlər hansı mərhələdədir? - FOTO