Zakir Həsənov Latviyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
21:04 02 Dekabr 2019
Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Latviyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançs ilə görüşüb.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Latviya arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görəcəyi işlərdə uğurlar arzulayıb.
Azərbaycan ilə Latviya arasında hərbi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi vəziyyət, beynəlxalq və regional təhlükəsizlik problemləri, eləcə də əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Müdafiə sahəsində ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycan ilə Latviya arasında hərbi və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyətini yüksək qiymətləndirib.
Öz növbəsində səfir D.Qarançs ölkələrimiz arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edərək Latviya ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın istər NATO proqramları çərçivəsində, istərsə də ikitərəfli formatda uğurla davam etdiyini vurğulayıb.
Görüşdə tərəflər müdafiə və təhlükəsizlik sahələrində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
Femida.az
Oxunub: 539
Oxşar xəbərlər
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı olub
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov döyüş hazırlığı tədbirləri və təlimlərin artırılması barədə tapşırıq verib
- Zakir Həsənov NATO rəsmilərini sərhəddəki vəziyyət barədə məlumatlandırıb
- Zakir Həsənov Kəlbəcərə gedib, yeni hərbi infrastrukturlara baxış keçirib
- Zakir Həsənov britaniyalı naziri Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırıb
- Zakir Həsənov ordunun şəxsi heyətinə döyüş vasitələrinin tətbiqinə hər an hazır olmağı tapşırıb