Elektron etibarnamə üçün tələb olunan şifrə məsələsinə aydınlıq gətirilib


21:13     02 Dekabr 2019 2019/12/37CD9F42-6992-4183-A2A7-C0E7150D4336_1575306944.jpeg

Avtomobillər üçün elektron etibarnaməyə dair tələb olunan şifrə məsələsinə aydınlıq gətirilib.

Femida.az-ın xəbərinə görə, Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib ki, xidmət Ədliyyə Nazirliyinin istifadəyə verdiyi "Mobil notariat" tətbiqi vasitəsilə və "myGov" platforması üzərindən göstərilir.

O bildirib ki, istifadəçinin ASAN imzası və ya elektron imzası varsa, həmin xidmətdən heç bir şifrəsiz istifadə edə bilər:

"Əgər siz bu günə qədər elektron hökumət portalında qeydiyyatdan keçməmisinizsə, ilk dəfə identifikasiyaya ehtiyac var. Ona görə biz alternativ kimi bu imkanı da yaratmışıq, ASAN imzanız, elektron imzanız yoxdursa, belə halda bir dəfə ilkin şifrəni götürmək üçün notariat kontoruna gəlirsiniz.

Şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdə tələb edilir və sonra istənilən qədər əməliyyat həyata keçirmək mümkündür".

Femida.az

Açar sözlər:

Oxunub: 612