Gəncədə top mərmisi aşkar olunub


22:03     02 Dekabr 2019 2019/12/CF465884-2021-4E96-91F4-B4821775E68C_1575310940.jpeg

Gəncə şəhərində, Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbənin ərazisində mərminin tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Femida.az-a verilən xəbərə əsasən, bu barədə agentliyə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və oraya baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFT) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 468