Gəncə sakini kürəyindən bıçaqlanıb


09:08     03 Dekabr 2019 metro%20bicaq4.jpg

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Mağrasa Bağı adlanan ərazisində qeydə alınıb.

Şəhər sakini, 1991-ci il təvəllüdlü Vəliyev İlkin Xətai oğlu kürək nahiyəsindən aldığı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona lazımi tibbi yardım göstərilib. 28 yaşlı gəncin vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 446