Xırdalanda ödəmə terminalı qarət olunub


09:31     03 Dekabr 2019 19_12_03_1575351148.jpg

Abşeron rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Hadisə rayonun Xırdalan şəhərində yerləşən "Gənclər şəhərciyi"ndə baş verib.

Ötən gün gecə saatlarında ərazidə yerləşən supermarketin qarşısında olan ödəmə terminalı sındırılaraq içərisində olan pul əskinasları aparılıb. Əraziyə hüquq-mühafizə orqanları tərəfindən baxış keçirilib.

Fakt üzrə əməliyyat istintaq tədbirləri həyata keçirilir.(Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 580