Silahlı Qüvvələrə Yardım Fonduna 105 milyon vəsait daxil olub
10:20 03 Dekabr 2019
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, cari il dekabrın 3-dək fonda 105.197.683,52 AZN, 213.577.88 ABŞ dolları, 17.566 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
Femida.az
Oxunub: 484
Oxşar xəbərlər
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ordumuzun mövqeləri atəşə tutulub
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ordumuzun mövqeləri atəşə tutulub
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir