Piyadanın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır


10:29     03 Dekabr 2019 1398947325_mehkeme.jpg

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Abdulla Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilib.

Hakim İlkin Xəlilovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Xaçmaz-Quba avtomobil yolunun 3-cü kilometrliyində - Xaçmaz rayonu, Armudpadar kəndi ərazisindən keçən hissəsində baş verib.

Quba rayon sakini, 1965-ci il təvəllüdlü Abdullayev Abdulla Seyfəl oğlu idarə etdiyi “VAZ 21214” markalı, “40-BX-322” dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayon sakini, 1965-ci il təvəllüdlü Nəsirov Ədalət Qəzənfər oğlunu vurub. Ə.Nəsirov aldığı bədən xəsarətlərindən dünyasını dəyişib.

Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 617