Masallıda zəncirvari yol qəza baş verib, 4 avtomobilə ziyan dəyib


10:44     03 Dekabr 2019 Qeza2.jpg

Masallı rayonunda zəncirvari yol qəza baş verib.


Femida.az-ın xəbərinə görə, hadisə dekabrın 2-də gecə saatlarında rayonun mərkəzində qeydə alınıb.

Belə ki, “TOYOTA Prado” markalı minik avtomobili hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarında olan digər maşınlara çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb və ümumilikdə 4 avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 438