Ali Məhkəmə Dünyamin Xəlilovla bağlı qərar verdi
15:21 03 Dekabr 2019
Ali Məhkəmədə "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilovun barəsində olan birinci hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Femida.az-ın məlumatına görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, D.Xəlilovun kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı və digərləri saxlanılıb. D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər 2016-cı ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq deputat D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 13 ildən 12 il 9 aya endirilib. Daha sonra sabiq deputat kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Xatırladaq ki, D.Xəlilov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə birgə daha bir cinayət işində ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Femida.az
Oxunub: 621
Oxşar xəbərlər
- Ali Məhkəmə Əli Əliyevin kassasiya şikayətini təmin etməyib
- Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olunub
- Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü vəfat edib
- Ali Məhkəmə sevgilisini öldürən qadınla bağlı qərar elan edib
- Ali Məhkəmə “Azərişıq” ASC-nin şöbə rəisi ilə bağlı qərar elan edib
- Ali Məhkəmə sevgilisinin qətlini sifariş edən qadınla bağlı qərar çıxarıb
- Ali məktəb və kolleclərə ərizə qəbulu başa çatıb
- Ali məktəblərə tələbə qəbulu qaydalarına dəyişiklik edilib
- Ali məktəblərin magistraturalarına qəbul imtahanı başa çatıb
- Ali Məhkəmə xəstəxanada ana ölümünə görə ginekoloqla bağlı qərar elan edib