Deputatların xarici səfərləri ləğv olundu
15:27 03 Dekabr 2019
Milli Məclis deputatlarının xarici səfərləri ləğv olunub.
Femida.az-ın məlumatına görə, buna səbəb parlamentin buraxılması ilə bağlı gözləntilərin böyük olmasıdır.
ATƏT Parlament Assambleyasının sabah Slovakiyada keçirilməsi nəzərdə tutulan büro iclasında və ATƏT-in Nazirlər Şurasının iclasında da Azərbaycandan olan nümayəndə heyəti iştirak etməyəcək. Həmin iclasda Milli Məclisin iki deputatının iştirakı nəzərdə tutulurdu.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib. Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-də saat 12:00-a təyin edilmiş iclasında baxılacaq.
Femida.az
Oxunub: 658
Oxşar xəbərlər
- Cavanşir Feyziyev parlamentdəki daha bir vəzifəsindən çıxarılıb
- Avropa Parlamenti Aİ-də şəffaflığın və demokratiyanın vəziyyətindən narahatdır
- Kanada parlamenti Rusiyanın Ukraynada hərəkətlərini soyqırım kimi tanıyıb
- Parlament güclü təsir edən maddələri satanların 10 il həbs olunmasına dair layihəni qəbul edib
- Pakistan parlamenti Baş nazirə etimadsızlıq göstərib, İmran Xan istefaya gedib
- Avropa Parlamenti Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyəcək
- Milli Məclisin komitə sədri Ermənistan parlamentinin rəhbəri ilə görüşüb
- Türkiyə parlamentinin komissiyası Şuşa Bəyannaməsini təsdiqləyib
- Azərbaycan parlamenti Şuşa Bəyannaməsini təsdiqləyib
- Parlamentin yaz sessiyasının işlər planı təsdiqlənib