Qubada evə maskalı basqın edən dəstə üzvlərinə hökm oxunub


18:12     03 Dekabr 2019 19_12_03_1575375975.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Hörmət Hətəmov, Zahir İsmayılov, Məhəmməd Tağıyev və Ülvi Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın məlumatına görə, məhkəmədə hökm oxunub. Hökmə əsasən Hörmət Hətəmov 10 il, Zahir İsmayılov 9 il, Məhəmməd Tağıyev 10 il, Ülvi Əmirli isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, soyuq silahlarla silahlanmış bir qrup maskalı şəxs Quba rayonunun Birinci Nügədi kənd sakini Hamlet İbrahimovun evinə basqın edib.

Həmin şəxslər Hamlet İbrahimovun əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq, ona müxtəlif bədən xəsarətləri yetirib, evdən külli miqdarda pul və mobil telefon oğurlayıblar.

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Hörmət Hətəmov, Zahir İsmayılov, Ülvi Əmirov və Məhəmməd Tağıyev saxlanılıblar.

Həmin şəxslərdən hadisə zamanı istifadə edilmiş maskalar, əlcəklər və soyuq silahlar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Açar sözlər:

Oxunub: 568