"Qadın hüquqlarının müdafiəsində daim onlara dəstək oluruq" - Komitə sədri
21:35 03 Dekabr 2019
Dekabrın 3-ü Beynəlxalq Mətbuat Mərkəzində “Qadın Haqları Milli Dəyərlər və Milli Prioritetlər Konteksində” layihəsinin təqdimatı keçirilidi. “Lider Qadınlar” İctimai Birliyinin təşəbbüsü olan layihənin təqdimatında nazirlik və icra nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, media mənsubları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Lider Qadınlar” İctimai Birliyinin təsisçisi Məlahət İbrahimqızı 2019-2020-ci illərin mühüm beynəlxalq Konvensiyaların qəbul olunmasının yubiley illəri olduğunu qeyd edib. Belə tədbirlərin keçirilməsinin qadın hüquqları sahəsində maariflənmə və təbliğat işində mühüm rolundan danışıb. O, layihənin ilk gündən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və BMT-nin Azərbaycandakı Ofisinin dəstəyi və əməkdaşlığı ilə keçirildiyini vurğulayıb. M.İbrahimqızı layihə çərçivəsində qadın hüquqları mövzusunda respublika üzrə tam orta məktəblərin 10 və 11-ci sinifləri arasında inşa-yazı müsabiqəsinin keçiriləcəyini bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək qadın hüquqları sahəsində aparılan uğurlu siyasətin nəticələrindən, maariflənmə işlərindən danışıb. O, qeyd edib ki, Komitə qadın hüquqlarının müdafiəsində daim onlara dəstək olub və belə tədbirlərin keçirilməsində də hər zaman dəstək verməyə hazırdır.
Konfransın davamında BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək layihənin qadın hüquqları sahəsində dövlət siyasətinin möhkəmləndirilməsində və maarifləndirmə işində dəstək verəcəyinə inamlarını bildirilblər.
Ümumrespublika inşa-yazı müsabiqəsinin bu ilin dekabr ayının 4-də “İnsan hüquqları haqqında” Beynəlxalq Bəyannamənin qəbul olunduğu ərəfədə keçirilməsi planlaşdırılır. Layihə bütün respublika üzrə ümumilikdə 20000-dən çox məktəblini əhatə edəcək. Müsabiqənin həmçinin qaçqın və məcburi köçkün, eləcə də internat məktəblərində keçirilməsi də nəzərdə tutulur. Layihənin nəticələrinin təqdimatı 2020-ci ilin mart ayının əvvəlində keçiriləcək.
Femida.az
Oxunub: 426
Oxşar xəbərlər
- Mingəçevir evdə qadın meyiti tapılıb
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Zərdabda silsilə oğurluqda şübhəli bilinən 3 qadın və 1 kişi saxlanılıb
- Qadın sürücü ustanı əzdi - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Qusarda meyiti tapılan qadının əri tərəfindən döyülərək öldürüldüyü məlum olub
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Bakıda 39 yaşlı qadını avtomobil vurub
- Bakıda intim münasibət zamanı bədbəxt hadisə - Qadın xəstəxanaya düşdü