Konstitusiya Məhkəməsi Prezidentin sorğusuna baxır - MM-in buraxılması ilə bağlı


12:19     04 Dekabr 2019 19_12_04_1575447657.jpg


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.


Femida.az xəbər verir ki, iclasda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılır. İclasda məruzəçi-hakim Rafael Qvaladze, iclas katibi Fəraid Əliyevdir. İclasa sədrliyi Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev edir.

Konstitusiya Məhkəmə icraatında iştirak edən tərəflər aşağıdakılardır:

Sorğu verən tərəfin nümayəndəsi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov

Cavab verən tərəfin nümayəndələri – Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev

Ekspert isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, Hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovdur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Femida.az

Açar sözlər: #Konstitusiya   #məhkəmə   #parlament   #milli   #məclis   #prezident   #siyasət  

Oxunub: 1084