Bakıda maşın oğurlayan şəxslər tutulub


12:24     04 Dekabr 2019 19_12_04_1575447972.jpg

Bakıda maşın oğurlanıb.



Daxili İşlər Nazilriyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini Z.Qasımov noyabrın 29-da Nəsimi rayonunun Moskva prospektindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N.İsmayılov, Abşeron rayon sakinləri T.Əmiraslanov, S.Nəzərov və A.Alxanov saxlanılıblar.

Avtomobil T.Əmiraslanovun Hökməli qəsəbəsindəki evinin həyətində aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 492