BDU-nun yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb


12:48     04 Dekabr 2019 2018/12/qosqar_1544515815.jpg

"Bakı Dövlət Universitetin (BDU) yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb".

Femida.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentiyinin sədri Qoşqar Təhməzli BDU-nun yataqxanasında zəhərlənmə hadisəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, BDU-nun yataqxanasında 3 tələbənin zəhərlənməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır: "Sonda Qida Təhlükəsizliyi Agentliyi ümumi açiqlama verəcək. KİV-də bu barədə bir sıra yalnış informasiyalar yayılıb. Bu hadisəni qida zəhərlənməsi halı olaraq qələmə verməyə çalışdılar. Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir".

Femida.az

Açar sözlər: #qida  

Oxunub: 583