DİN məlumat yaydı: Qız qaçırılmayıb, könüllü şəkildə gedib


13:54     04 Dekabr 2019 dinnnn.jpg


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Yevlaxda qızın qaçırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Femida.az xəbər verir ki, "facebook"da "Hamam Times" adlı səhifə “Yevlaxın Rüstəmli kəndində iki gün öncə bir qızı zorla qaçırıblar. Polisə müraciət ediblər, oğlanın qohumu polisdə işləyir deyə işə baxmırlar” şəklində məlumat paylaşıb.

DİN məsələni araşdırıb və məlumatın həqiqət olmadığı üzə çıxıb. Nazirlikdən bildirilib ki, status polisin nüfuzunu ləkələmə məqsədi daşıyır.

Bununla əlaqədar DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, dekabrın 1-də Yevlax rayon Rüstəmli kənd sakini Ə.A. DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək qızının Qaraməmmədli kənd sakini olan bir nəfər tərəfindən qaçırılması barədə şikayət ünvanlayıb. Həmin gün şikayətlə əlaqədar Yevlax RPŞ-nin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Aparılmış araşdırmalar nəticəsində dekabrın 2-də həmin qız tapılaraq, onun izahatı alınmış və o zorla deyil, könüllü olaraq həmin şəxslə ailə quracağını bildirib. Bununla belə, toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Yevlax Rayon Prokurorluğuna verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 664