Ermənistanda keçmiş hərbi polis rəisi rüşvətə görə həbs edildi


14:37     04 Dekabr 2019 2019/12/157545162318649544125de77be733f8d_1575455921.jpg

Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin Gümrü bölməsinin keçmiş rəisi M.Muradyan 22 milyon dram (46 min 205 dollar) məbləğində rüşvət almaqda ittiham olunur.


Femida.az xəbər verir ki, məlumatı Ermənistan İstintaq Komittəsinn Mətbuat Xidməti yayıb.

Bildirilib ki, 2014-cü ildə tanışı E.Martirosyanın oğlu, Rusiyada barəsində axtarış elan edilmiş V.Martirosyan cəzadan yayınmaq üçün Ermənistana qaçıb. Məlumata görə, Muradyan tanışından bu cinayəti ört-basdır etmək üçün yuxarıda göstərdiyimiz məbləğdə rüşvət istəyib. Halbuki o, məsul şəxs olaraq, cinayətin üstünü açmalı imiş. Aldığı rüşvət qarşılığında Muradyan V.Martirosyana qanunsuz olaraq Ermənistan vətəndaşı pasportu və hərbi bileti təşkil edib. Bundan başqa o, V.Martirosyana öz malikanəsində sığınacaq da verib.

Dekabrın 4-də isə Muradyan barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi Ermənistanın Mərkəzi Hərbi Prokurorluğuna göndərilib.

Xatırladaq ki, Rusiyanın 102 saylı hərbi bazası Gümrüdə yerləşir.

Femida.az

Açar sözlər:

Oxunub: 547