Məhkəmə arvadını bıçaqla öldürən şəxslə bağlı qərar verib
18:03 04 Dekabr 2019

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Tufan Qurbanovun apellyasiya şikayətinə baxılıb.
Femida.az-ın xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara əsasən, apeyasiya şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, məhkəmənin hökmünə əsasən, T.Qurbanov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2019-cu il fevralın 11-də baş verib. Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.
Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18 zərbə vuraraq qətlə yetirib. Daha sonra isə boğazını kəsib.
Cinayəti törətdikdən sonra polis bölməsinə təslim olan 49 yaşlı Tufan qətli namus üstündə törətdiyini deyib.
T.Qurbanova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.
Femida.az
Oxunub: 251
Oxşar xəbərlər
- Məhkəmə Müşfiq Abbasov və Zaur Baxşəliyevə qarşı şikayəti icraata qəbul etmədi
- Məhkəmə əsgərlərə hücum edən şəxsə 30 il həbs verdi - Fransada
- Məhkəmə ekspertizası necə aparılır? - Hüquqi yardım
- Məhkəmələrdə qəbula düşmək istəyən vətəndaşların NƏZƏRİNƏ!
- Məhkəmə Ekspertizası Mərkəzində çalışmaq istəyənlərin NƏZƏRİNƏ
- Məhkəmə sistemində aparılan islahatların tərkib hissəsi: Mediasiya haqqında qanun nəyi nəzərdə tutur?
- Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin direktoru işdən çıxarıldı
- Məhkəmə ekspertləri ilə bağlı yeni qaydalar təsdiqləndi
- Məhkəmə Rafael Cəbrayılovla bağlı yeni qərar çıxardı
- Məhkəmə qərarlarını icra etməyən 340 nəfər barəsində cinayət işi açılıb