"Parlamentin buraxılması üçün tam hüquqi zəmin var" - Plenumun eksperti (ÖZƏL)


17:55     04 Dekabr 2019 2019/12/Nəsib-m-Konst_1575467858.jpg


Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barədə Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxıldı. İclasda ekspert qismində iştirak edən BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, Hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov Femida.az-a özəl açıqlama verib.


O, bildirib ki, Milli Məclisin buraxılması üçün tam hüquqi cəhətdən zəmin yaranmışdı:

“Azərbaycan Repsublikası Konstitusiyasının 98.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxa bilər. Bu maddədə buraxılma halları konkret olaraq göstərilib. Həmin hallar 3 qrupa bölünür. Birincisi Milli Məclis Azərbaycan Repsublikasının Nazirlər Kabinetinə 2 dəfə etimadsızlıq göstərdiyi halda çağırışın bir ili ərzində. İkincisi, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyət göstərməsi üçün zəruri olan sayda üzvləri Azərbaycan Repsublikası Prezidenti tərəfindən iki dəfə təqdim edildiyi halda əgər Milli Məclis tərəfindən təsdiq olunmazsa, Prezident Milli Məclisi buraxa bilər. Üçüncü halda isə Milli Məclis Konstitusiyanın 94-95-ci maddəsi, 96-cı maddənin 2,3,4,5-ci hissələri və 97-ci maddələrində nəzərdə tutulan vəzifələrini həyata keçirmək iqtidarında olmadıqda Prezident Milli Məclisi buraxa bilər”.

“Milli Məclisin buraxılması instutu Konstitusiyanın 98-ci maddəsində göstərilmiş olsa da, Milli Məclisinin öz təşəbbüsü ilə özünü buraxması qanunvericilikdə nəzərdə tutulmayıb. Amma bu hüququ məhdudlaşdıran bir müddəa olmadığına görə, Milli Məclisin deputatları belə bir təşəbbüslə çıxış edəbilərlər. O, cümlədən millət vəkilləri 2 dekabr 2019-cu ildə bu təşəbbüslə çıxış etdilər. Nəticədə Milli Məclisin buraxılması üçün tam hüquqi cəhətdən zəmin var”, - deyə N.Şükürov qeyd edib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #konstitusiya   #məhkəmə   #hüquq   #qanun   #BDU   #ekspert   #Milli   #Məclis   #Parlament   #prezident   #siyasət  

Oxunub: 1723