“Bu, yeni siyasi mədəniyyətdir” - Azay Quliyev


18:11     04 Dekabr 2019 2019/12/news_20191204053349_1575469040.jpg

“Bu, yeni siyasi mədəniyyətdir. Parlamentin özünün üzvlərinin belə bir cəsarətli qərar qəbul etməsi, yenidən xalqın mandatını qazanmaq istəyidir”

Femida.az xəbər verir ki, bunu Azay Quliyev "Real intervyu"nun qonağı olarkən deyib.

Azay Quliyevin sözlərinə görə, Milli Məclisin buraxılması barədə qərar Azərbaycandakı islahatların davam etdiyini göstərir:

“Bütün bunlar onu göstərir ki, islahatlar davam edir. Hətta Milli Məclisin potensialından istifadə olunur. Artıq bu yenilənmə, dinamizim Mili Məclisin də həyatına şamil olunmalıdır .Yeni formalaşacaq Parlament məhz bu kriteriyalara cavab verməlidir. Burada qeyri-adi bir şey yoxdur, bu normal bir haldır. Hesab edirəm ki, Cənab Prezidentin həyata keçirdiyi bu islahatlar doğrudan da öz əhatəliyinə görə Azərbaycanda çox böyük dəyişikliklər, prespektiv vəd edir. Azərbaycanın milli hədəflərinə, maraqlarına çatması üçün islahatlar gedir. Hazırki Parlamentin tərkibinin formalaşması 2015-ci ildə həyata keçirilmişdi. 2015-ci iləki ictimai –siyasi vəziyyət, tarixi şərait, ümumi şərtlər 2020-ci ildən çox fərqlidir. O dövrdə formalaşmış Parlament həmin dövr üçün xeyli uğurlar əldə etdi”.

Femida.az

Açar sözlər:

Oxunub: 249