Əməyin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək


09:01     05 Dekabr 2019 2019/12/6EB1205A-979C-43B1-BB5D-C7408D7AC597_1575521450.jpeg

Dekabrın 5-6-da Minskdə, MDB İcraiyyə Komitəsində iş yerlərində əmək şəraitinin qiymətləndirilməsinə dair Tövsiyələrin və əməyin mühafizəsi haqqında qanunvericiliyə riayət edilməsinə nəzarət və kontrolun həyata keçirilməsi üçün Razılaşdırılmış Tələblərin layihələrinin hazırlanması üzrə işçi qruplarının iclasları keçiriləcək.


Femida.az MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, sənədlərin hazırlanması 2017-2020-ci illər üçün ümumi əmək bazarının formalaşmasına və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsinə dair Prioritet tədbirlərdə nəzərdə tutulub. Bu məsələ MDB ölkələrinin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının bu ilin oktyabrında Bakıda keçirilən iclasında müzakirə edilib, ekspertlərdən ibarət müvafiq işçi qruplarının yaradılması qərara alınıb.
Tövsiyələrin və Razılaşdırılmış Tələblərin qəbul edilməsi əməyin mühafizəsi və sosial sığorta siyasətinin təkmilləşdirilməsinə, yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin qorunub saxlanılmasına və keyfiyyətinin artırılmasına, işçilərin həyatının təhlükəsizliyinin və sağlamlığının təmin edilməsinə, əmək resurslarının rəqabətliliyinin və keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 387