Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib


09:56     05 Dekabr 2019 2019/12/15754708573895210783_1000x669_1575525477.jpeg

Dekabrın 4-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Vəkillər Kollegiyasından Femida.az-a bildiriblər ki, iclasda çıxış edən sədr Anar Bağırov iştirakçılara kollegiyanın fəaliyyəti, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının gedişi barədə məlumat verib.

İclasda “Vəkillərə (müdafiəçilərə) dövlət hesabına göstərilən hüquqi yardım haqqının Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə Təlimat” layihəsinin təkrar müzakirəsi keçirilib, habelə “Vəkil idman klubuna dəstək fondu”nun təsis olunması qərara alınıb.

Daha sonra Vəkillər Kollegiyası üzvlüyünə qəbul, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb. Bundan başqa, Bakı şəhəri “Arbitium” vəkil bürosunun təsis edilməsinə dair müraciətlərə baxılaraq müsbət qərar verilib. İclasda, həmçinin intizam və Vəkillər Kollegiyasının fəaliyyətinə dair məsələlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 877