Bakıda tələbə dəm qazından boğulub


11:11     05 Dekabr 2019 19_12_05_1575529911.jpg

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.


Femida.az -ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-Mexanika fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Nurlan Akif oğlu Dadaşov kirayə yaşadığı evdən dəm qazından boğularaq ölüb.

Universitetdən faktı təsdiqləyiblər.


Qeyd edək ki, N. Dadaşov 4-cü kurs tələbəsi olub.

Açar sözlər:

Oxunub: 438