5 evdən oğurluq edən keçmiş məhkum tutulub


11:28     05 Dekabr 2019 19_12_05_1575530918.jpg

Bakıda silsilə oğurluq edən şəxs tutulub.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəinin 3-cü Polis Bölməsinə 5 evdən oğurluq edilməsi barədə müraciətlər daxil olub.

Polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla noyabrın 12-dən 29-dək olan müddətdə Binə qəsəbəsi ərazisindəki həmin evlərdən ümumilikdə 1850 manat pul, qızıl-zinət əşyaları və təmir-tikinti alətlərinin oğurlandığı müəyyən edilib.

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini olan Rövşən İbrahimovun əvvəllər də oğurluğa görə məhkum olunduğu aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 250