Bakıda şirkətin ofisindən 40 min manat pul oğurlanıb


12:08     05 Dekabr 2019 19_12_05_1575533486.jpg

Bakıda şirkətdən külli miqdarda pul oğurlanıb.


Femida.az -ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən arxitektur şirkətində qeydə alınıb.

Bakı şəhər sakini Saməddin Heydərov hüquq-mühafizə orqanlarına müraciət edərək çalışdığı şirkətdəki seyfdən 40 min manat pulun naməlum şəraitdə oğurlandığını bildirib.


Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırmalara başlanıb.

Açar sözlər:

Oxunub: 981