Dini ziyarətlər QMİ-nin nəzarəti altında təşkil olunacaq
13:26 05 Dekabr 2019
“Azərbaycan müstəqil, demokratik ölkədir və insanların xarici ölkələrdəki dini müqəddəs yerlərə - istər İslama, istər xristianlığa, istərsə də yəhudiliyə aid olsun - ziyarətə getməsinə heç bir maneə yoxdur”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Onun sözlərinə görə, dinə aid müqəddəs yerlərə ziyarət təşkil edilərkən bunun da qanunvericiliklə həyata keçirilməsi nəzərdə tutulur:
“Dini müqəddəs yerlərə ziyarətlərdəki bir növ nizamsızlıq, prosesə nəzarətsizlik müəyyən fəsadlar yaradır. Bu cür ziyarətləri təşkil edən hazırlıqsız turist şirkətləri bəzən insanları toplayır, ancaq lazımi səviyyədə təşkilatçılıq işləri həyata keçirə bilmir, bundan da insanlar əziyyət çəkir. Ona görə də düşünülür ki, İslama aid dini müqəddəs yerlərə ziyarətlər Qafqaz Müsəlmanları İdarəsinin himayəsi altında həyata keçirilsin və bu işin nizamlanması üçün lazımi tədbirlər görülsün”.
Komitə sədri qeyd edib ki, İslam dininə aid müqəddəs yerlərə ziyarətin təşkili “Dini etiqad azadlığı haqqında" qanunda da, eyni zamanda “Lisenziya haqqında” qərarlar və qaydalarda da əksini tapa bilər:
“Bu məsələnin üzərində mütəxəssislər işləyir. Hansısa bir variantda bu məsələnin tənzimlənməsi düşünülür”.
Femida.az
Oxunub: 774
Oxşar xəbərlər
- Nə qədər fitrə çıxarmalıyıq? – QMİ-DƏN AÇIQLAMA
- QMİ Ramazan ayı ilə bağlı fətva verib
- QMİ məscidlərə dini rəhbər təyin edə bilməyəcək
- QMİ sədri Patriarx Kirillə görüşüb
- QMİ sədri Çeçenistanda səfərdədir
- QMİ sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib
- QMİ sədri: "Dəmir yumruğun içərisində dindarlar da var"
- QMİ: Bu il də Ramazan bayramında camaat namazı qılınmayacaq
- Ramazan ayı bu tarixdə başlayaq - RƏSMİ
- QMİ sədri: Həqiqətləri dünyaya çatdırırıq