İrandan piyada qayıdan Azərbaycan vətəndaşı saxlanıldı


16:46     05 Dekabr 2019 itkin%20düşüb.jpg

Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan piyada qayıdan Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual edilib.


Femida.az bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı qanunla qadağan olunan heç bir predmet aşkar edilməyib. Lakin təkrar sorğu-sualdan sonra o, daxili orqanında narkotik vasitə gizlətdiyini etiraf edib.

Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan həmin şəxsin düz bağırsağında 1 büküm, üzərində "M40" nişanəsi olan 142 ədəd metadon adlı həb aşkarlanıb.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 513