Vətəndaşlar şikayət etdi - Nazirlik bələdiyyə sədrinə “məcburi göstəriş” verdi


17:03     05 Dekabr 2019 19_12_05_1575550974.jpg


Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə zibil qutularının olmaması səbəbindən tullantıların pərakəndə şəkildə atılaraq qalaqlandığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.

ETSN-nin əmədaşlarının nəzarəti ilə zibillik sahə Armudpadar bələdiyyəsi tərəfindən təmizlənib. Tullantıların idarə olunması qaydalarının pozulmasına görə akt tərtib olunub, əraziyə zibil qutularının qoyulması və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib.





Femida.az

Açar sözlər: #ekologiya  

Oxunub: 571