Polis qəzada ölən şəxsin yaxınları axtarırır - FOTO


18:01     05 Dekabr 2019 2019/12/78759-1575548857_1575551271.jpg

Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə naməlum kişi meyitinin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Yasamal Rayon Polis İdarəsinə (tel: (012) 434-02-02) zəng vuraraq məlumat vermələri xahiş olunur.


Femida.az

Açar sözlər:

Oxunub: 488