Antisanitar şəraitdə fəaliyyət göstərən içki sexinin fəaliyyəti məhdudlaşdırıldı
17:23 05 Dekabr 2019
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan Femida.az-a verilən xəbər görə, daxil olan məlumat əsasında Agentliyin əməkdaşları Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı şossesində fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı ilə məşğul olan “DMC KOMPANİ” MMC-yə məxsus sexdə yoxlama keçiriblər. Yoxlama zamanı antisanitar vəziyyətdə fəaliyyət göstərən sexdə sanitariya norma və qaydalarının kobud şəkildə pozulduğu, qida təhlükəsizliyi sahəsində texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Məlum olub ki, müəssisə tərəfindən istifadə olunan xammalların, suyun və hazır məhsulların təhlükəsizlik göstəriciləri müayinə olunmadan satışa verilir.
Eyni zamanda, küçələrdən, şadlıq evlərindən digər istehsalçılara məxsus, istifadə edilmiş şüşə butulkalar yığılaraq texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyularaq, dezinfeksiya olunmadan təkrar istifadə edilir. Müəyyən edilib ki, müəssisədə dezinfeksiya, dezinseksiya, deratizasiya işləri aparılmır. Məhsul istehsalında istifadə olunan xammal və köməkçi materiallar düzgün şəraitdə saxlanılmır.
Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan (“Vita friut” nişanlı düses alkoqolsuz içki, “Vita fruit” nişanlı şaftalı nektarı, “Aqua Light” nişanlı qazsız su) götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.
Femida.az
Oxunub: 506
Oxşar xəbərlər
- Antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı
- Antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexi aşkarlandı
- Antisanitar vəziyyətdə işləyən un sexi aşkarlandı
- Antisanitar şəraitdə limonad istehsal 7 sex bağlandı
- Antisanitar vəziyyətdə olan çörək sexi aşkarlanıb
- Antisanitar şəraitdə pendir hazırlayan sex aşkarlandı - Foto
- Antisanitar şəraitdə işləyən çörək sexi aşkarlandı - Fotolar
- Antisanitar vəziyyətdə işləyən toyuq sexi aşkarlandı - Fotolar