Bakıda avtobus sürücüsü sərnişini döyüb - VİDEO


20:49     05 Dekabr 2019 19_12_05_1575564659.jpg

Bakıda 166 saylı sərnişin avtobusunun sürücüsü sərnişini döyüb.


Xezerxeber.az-ın məlumatına görə, 1994-cü il təvəllüdlü Zeyniyev Elton Oktay oğlu 166 nömrəli sərnişin avtobusunun sürücüsü tərəfindən döyülüb.

Xəstəxanaya aparılan şəxsə ilkin tibbi yardım edilib.

Elton Zeyniyev avtobus sürücüsü tərəfindən döyülməsinin təfərrüatları barədə məlumat verib.

166 saylı xəttin nəzarətçisi olan Qaçay Şükürov isə sərnişinin dedikləri ilə razılaşmayıb. O bildirib ki, sərnişin avtobus sürücüsünü təhqir edib, mübahisə də buna görə yaranıb.

Sərnişin isə söyüş söymədiyini deyib.




Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirib ki, avtobus sürücüsünün sərnişini döyməsi faktı ilə bağlı araşdırma aparılır. Daşıyıcı şirkətin nümayəndəsi Agentliyə çağırılıb və hadisə ilə bağlı ondan izahat alınıb. Araşdırmadan sonra lazımi tədbir görüləcək.

Qeyd edək ki, hadisə ilə bağlı Sabunçu rayonu, 15-ci polis bölməsinə də məlumat verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Açar sözlər:

Oxunub: 686