Azərbaycanda cinayәt törәdənlərin çoxu işləməyən və təhsilsiz şəxslərdir
09:26 06 Dekabr 2019
Azərbaycanda müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin (ötən illərdən keçmiş cinayətlər üzrə cinayət törətmiş şəxslər də daxil olmaqla) çoxu əmək qabiliyyətli işləməyənlər və təhsil almayanlardır.
Femida.az-ın məlumatına görə, 2018-ci ildə Azərbaycanda 16 727 şəxs müәyyәn edilmiş cinayәt törәdib. Onların 12 679 nəfəri əmək qabiliyyətli işləməyən və təhsilsiz şəxslər olub.
Ötən il cinayət törədənlərin 341-i məşğulluğuna görə fəhlə, 560-ı qulluqçu, 31-i kənd təsərrüfatı işçiləri, 71-i təhsil alanlardır. Cinayətkarların qalan 3 045 nəfəri digər sahələr üzrə işləyib.
Müәyyәn edilmiş cinayәt törәdənlərin 10 863-ü 30 və daha yuxarı yaşda olub.
Ötən il ərzində müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin sayı 2017-ci ilə (16 750) nisbətən azalsa da, bu kateqoriyadan olanlar arasında 30 və daha yuxarı yaşda cinayət törədənlərin sayı artıb.
2018-ci ildə müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin 10 863-nün, 2017-ci ildə 10 501-nin yaşı 30 və daha yuxarı olub.
Femida.az
Oxunub: 519
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib