Ermənilər atəşkəs rejimini 23 dəfə pozub
09:30 06 Dekabr 2019
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.
Bu barədə Femida.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 495
Oxşar xəbərlər
- DSX: "Ermənistan hərbçisinin Azərbaycanın atəşkəsi pozması nəticəsində yaralanması yalandır"
- Ukrayna və Rusiya mayın 5-7-də atəşkəsə dair razılığa gəliblər
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Putinin Ukraynada atəşkəsin əldə edilməsi ilə bağlı 6 tələbi məlum olub
- Nazir: "Türkiyə Ukraynada 24 saatlıq atəşkəs təklif edir"
- Xələf Xələfov Rusiya sülməramlılarının olduqları ərazilərdə atəşkəsin pozulmasından danışıb
- Vladimir Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqlayıb
- Ermənistan Tovuzu atəşə tutdu
- Avropa Şurası Azərbaycan və Ermənistanı atəşkəsə çağırdı
- Ermənilər Kəlbəcər, Tovuz, Gədəbəy və Ağstafanı atəşə tutub