Polislər ağac əkdi - Fotolar


10:00     06 Dekabr 2019 19_12_06_1575612322.jpg


Şirvanda polislər ağac əkiblər.


DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Şirvan şəhərində ağacəkmə tədbiri keçirilib. Tədbirdə ŞPŞ-nin rəisi, polis polkovniki Hikmət Quliyev və şöbənin bütün şəxsi heyəti iştirak edib.



Polis əməkdaşları iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı şam ağacları əkiblər. Aksiya çərçivəsində isə 100-dən çox ağaca aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Bundan əlavə, ərazidə abadlıq və təmizləmə işləri görülərək boş qalmış yerlərə əlavə olaraq 110 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini bundan sonra da davam etdirəcəklər.







Femida.az

Açar sözlər: #polis   #ağac#Şirvan  

Oxunub: 405