Bu küçədə hərəkət məhdudlaşdırılıb


11:16     06 Dekabr 2019 2019/12/78883-1575613618_1575616618.jpg

Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsinin Badamdar şossesi ilə Oksford məktəbi arasında yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkəti dekabrın 5-dən 6-na keçən gecədən etibarən qısamüddətlik məhdudlaşdırılıb.

Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

"Bu səbəbdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyyə olunur. AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir" - deyə, məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 466