“Ford”u “KamAZ”a çırpdı, sərnişini öldü


18:12     06 Dekabr 2019 19_12_06_1575634868.jpg

Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, qəza dekabrın 5-də saat 1 radələrində qeydə alınıb.

Mingəçevir şəhər sakini Ayxan Cabbarlı idarə etdiyi “Ford” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurub. Nəticədə A.Cabbarlının sərnişinlərindən Rəşad Şıxıyev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 752


Oxşar xəbərlər